Küləklə bağlı
· 1 mənbə
Noyabrın 26-da Azərbaycanın bir sıra bölgələrində küləkli hava şəraiti gözlənilir.
Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə, Tərtər, Bərdə, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Yevlax, Şəki, Göyçay, Kürdəmir, Oğuz, Qəbələ və İsmayıllıda qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı gözlənilir.
Bununla əlaqədar qeyd olunan ərazilər üçün sarı xəbərdarlıq verilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə: Milli.az · 25.11.2026, 19:38 · orijinal məqalə
Bu barədə kim yazır
Milli.az
Küləklə bağlı