Lənkəranda ev yandı

· 1 mənbə

Lənkəranda yaşayış evi yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şıxəkəran kəndində baş verib.

Belə ki, 1958-ci il təvəllüdlü Rəsmiyə Yədulla qızı Əliyevaya məxsus ümumi sahəsi 120 kvadratmetr olan, birmərtəbəli 3 otaqlı evdə olub.

Yanğın zamanı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib, alovun kənar tikililərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo · 26.11.2026, 12:36 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Lənkəranda ev yandı

Qafqazinfo saytında oxu