Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” istifadəyə verilib
· 6 mənbə
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yaşıllıqların inventarlaşdırılması layihəsi çərçivəsində “agac.az” mobil tətbiqi istifadəyə verilib.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci ildən birgə həyata keçirilən layihə çərçivəsində hazırlanmış mobil tətbiq vətəndaşlara ağaclar haqqında məlumat əldə etmək və onların mühafizəsində birbaşa iştirak etmək imkanı verir. Layihə çərçivəsində ölkə üzrə 212 mindən çox ağacın hər birinə fərdi QR kodlu nişan vurulub. Nişanlama zamanı ağacların yeri, növü, ölçüləri və mövcud vəziyyəti barədə məlumatlar elektron sistemə daxil edilib. İstifadəçilər ağacların yerini interaktiv xəritədə görə və QR kodu oxudaraq müvafiq ağacın rəqəmsal məlumat kartına baxa bilərlər.
Mənbə: Xəzər Xəbər · 26.11.2026, 18:54 · orijinal məqalə