Ruslan Ənvərliyə vəzifə verildi
· 2 mənbə
Kənd Təsərrüfatı Nazirliyində kadr təyinatı olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ruslan Ənvərli Vətəndaş müraciətləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, R.Ənvərli 2003-2008-ci illərdə Qafqaz Universitetində Menecment ixtisası üzrə bakalavr, 2023-2025-ci illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA) Dövlət idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.
Bu təyinata qədər isə o, müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə: Milli.az · 26.11.2026, 19:22 · orijinal məqalə