“LUKOIL” beynəlxalq bazara yenidən qayıda bilər
· 2 mənbə
Rusiyanın “LUKOIL” şirkətinin beynəlxalq bazardan çıxmaq qərarı siyasi amillərlə bağlıdır, lakin şirkət bu bazara yenidən qayıda bilər.
"TASS" xəbər verir ki, bunu şirkətin təsisçisi Vahid Ələkbərov detib.
Qeyd olunur ki, ABŞ “LUKOIL”un xarici aktivləri ilə bağlı danışıqlar üçün ümumi lisenziyanın müddətini uzadıb.
“LUKOIL” beynəlxalq bazardan çıxmaq qərarını müstəqil şəkildə qəbul etməyib. Bu, daha çox siyasi xarakter daşıyan amillərlə bağlıdır. Nəticədə beynəlxalq bazardan çıxmaq məcburiyyətində qaldıq. Bununla belə, pərdəni tamamilə bağlamırıq, hələ də həmin bazara qayıtmağa ümid edirik”, - deyə Vahid Ələkbərov bildirib.
Böyük Britaniya və ABŞ şirkəti sanksiya siyahılarına daxil etdikdən sonra “LUKOIL” beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.
Yanvar ayında “LUKOIL” xarici aktivlərinə sahib olan “Lukoil International GmbH” şirkətini ABŞ-nin “The Carlyle Group” şirkətinə satmaq barədə razılığa gəldiyini açıqlayıb. Lakin iyulun sonunda “The Carlyle Group” ilə əldə olunan razılaşmanın müddəti başa çatıb.
Məlumata görə, ötən gün sahibkar Tod Boulinin rəhbərlik etdiyi ABŞ konsorsiumu “LUKOIL”un xarici aktivlərini almaq barədə razılığa gəldiyini açıqlayıb.
“Eldridge Industries” şirkətinin rəhbərlik etdiyi konsorsiuma ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC), Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Catena Investment Holding” investisiya şirkəti və “Xtellus Partners” şirkəti daxildir.
Aktivlərin alınması “LUKOIL”un və digər Rusiya şirkətlərinin səhmlərinin “Lukoil International GmbH” (LIG) şirkətinin 100% səhmləri ilə mübadiləsi yolu ilə həyata keçiriləcək. Bu zaman DFC ABŞ adından ilkin maliyyə vəsaiti yatırmadan şirkətdə pay əldə edəcək.
Mənbə: APA · 26.11.2026, 09:52 · orijinal məqalə