“Titanik”in sərnişinin üzüyü hərracda satıldı

· 1 mənbə

“Titanik” gəmisi batarkən sərnişinlərdən birinin barmağında olan brilyant üzük Böyük Britaniyada keçirilən hərracda satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Metro” nəşri məlumat yayıb.

Zinyət əşyası 1912-ci il aprelin 15-də baş vermiş fəlakətdən sağ qurtulan britaniyalı aristokrat Lüsi Daf-Qordona məxsus olub. İlkin qiymətləndirmə təxminən 80 000 funt-sterlinq olsa da, üzük 150 000 funt-sterlinqə satılıb.

Məlumata görə, Lüsi həyat yoldaşı ser Kosmo Daff-Qordonla birlikdə birinci sinifdə səyahət edirmiş. Layner aysberqə çırpılıb batmağa başlayanda cütlük 1 nömrəli xilasedici qayığa minə bilib.

Mənbə: Qafqazinfo · 23.11.2026, 20:16 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu