Marin Le Pen Fransanın Ukraynaya maliyyə dəstəyini artırmasına qarşı çıxıb

· 1 mənbə

Bakı. Trend:

Fransa Ukraynaya maliyyə yardımını artırmaq imkanına malik deyil.

Bunu cümə günü Fransanın sağçı millətçi “Milli Birlik” partiyasından prezidentliyə namizədi Marin Le Pen deyib.

“Ukraynaya dost münasibət bəsləməyimizə baxmayaraq, artıq göstərdiyimiz yardımdan əlavə maliyyə dəstəyi vermək üçün, şübhəsiz ki, imkanlarımız yoxdur”, – deyə Le Pen bildirib.

Bununla yanaşı, Le Pen oxşar mövqeyi digər siyasi xadimlərin də müdafiə etdiyini, lakin yalnız onun tənqid olunduğunu qeyd edib.

“Mən belə dedikdə, məni Rusiyayönlü mövqedə olmaqda ittiham edirlər, Tedi Riner isə eyni fikri səsləndirdikdə ona qarşı heç bir ittiham irəli sürülmür. Bu, ikili standartlardır”, – deyə prezidentliyə namizəd narazılığını ifadə edib.

Mənbə: Trend · 28.11.2026, 07:26 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu