Səudiyyə Ərəbistanı husilərin raketini havada məhv edib
· 1 mənbə
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə qüvvələri Yəməndəki husilərin ölkə ərazisinə, ər-Riyada doğru buraxdığı qanadlı raketi ələ keçirərək məhv edib.
APA xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husilər arasında silahlı qarşıdurma davam edir.
Noyabrın 17-də husilər Səudiyyə Ərəbistanının koalisiya qüvvələrinin Sənaya yeni zərbələr endirdiyini bildirmiş, buna cavab olaraq krallığın hava məkanını döyüş zonası elan etmişdilər.
Mənbə: APA · 28.11.2026, 07:40 · orijinal məqalə