Mədəniyyət nümayəndələrimiz Daşkənddə gül-çiçəklə qarşılandılar

· 1 mənbə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 30-dan dekabrın 7-dək Özbəkistanda növbəti Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Publika.az xəbər verir ki, budəfəki Mədəniyyət Günləri 1926-cı ildə Bakıda təşkil olunmuş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib.

Noyabrın 29-da ölkəmizdən incəsənət kollektivləri, tanınmış mədəniyyət, ədəbiyyat xadimləri və media nümayəndələrinin qardaş ölkəyə səfəri başlanıb.

Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycan nümayəndə heyəti səmimi qonaqpərvərliklə, gül-çiçəklə qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməs,xalqlarımızın ortaq tarixi və mənəvi dəyərlərinin təbliği, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət Günləri Daşkəndlə yanaşı, Səmərqənd şəhərini də əhatə edəcək.

Mənbə: Publika.az · 29.11.2026, 21:36 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu