"Sabah"ın qapıçısı Çempionlar Liqasının ən yaxşısıdır
· 2 mənbə
"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qolkiper kimi zirvəyə yüksəlib.
BAKU.WS xəbər verir ki, UEFA-nın açıqladığı statistikaya əsasən, 33 yaşlı futbolçu beş qarşılaşmada 31 qurtarışla yadda qalıb.
Yan Zommer 28 qurtarışla ikinci, "Portu"nun qapıçısı Dioqo Koşta isə 26 qurtarışla üçüncü pillədə yer alıb.
Qeyd edək ki, "Sabah" turnirin V turunda Bakıda "Barselona"ya 1:4 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi keçirdiyi beş görüşdən yalnız birində – Çexiyanın "Slaviya" klubu ilə qarşılaşmada qələbə qazanıb (2:0).
"Sabah" növbəti matçını dekabrın 8-də səfərdə İspaniyanın "Vilyarreal" klubuna qarşı keçirəcək.
Mənbə: Baku.ws · 26.11.2026, 10:17 · orijinal məqalə