Məktəbdə soba zəhərlənməyə səbəb olub - VİDEO

· 1 mənbə

Məktəbdə baş verən hadisəyə Mərkəzi Aran Regional Təhsil İdarəsindən də açıqlama verilib. Bildirlib ki, Yevlax rayonu, Gülövşə kənd tam orta ümumtəhsil məktəbində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub. Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər. Tüstülənmə nəticəsində məktəbin direktoru, katib-makinaçı və 2 nəfər texniki işçi özlərini pis hiss edib və təcili tibbi yardıma müraciət olunub. Hazırda onların səhhəti qaydasındadır və hər biri əmək fəaliyyətini davam etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Mənbə: Xəzər Xəbər · 26.11.2026, 19:53 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu