İlk dəfə həmin paradın vaxtını dəyişdilər

· 1 mənbə

Nyu-Yorkda keçirilən və əlamətdar sayılan 100-cü “Macy’s” Şükran Günü Paradı tarixində ilk dəfə olaraq başqa vaxta təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.

Fırtına səbəbindən tədbir noyabrın 28-də, şənbə günü baş tutacaq.

Hətta 1971-ci ildə, fırtına səbəbindən təşkilatçılar Manhetten üzərində uçan nəhəng şarları boşaltmaq məcburiyyətində qaldıqda belə, paradın vaxtı dəyişdirilməmişdi. Lakin İkinci Dünya Müharibəsi səbəbindən 1942–1944-cü illər arasında tədbir ümumiyyətlə keçirilməmişdi.

Təşkilatçılar, küləyin sürəti müəyyən həddi aşdıqda tədbirin keçirilməsini qadağan edən təhlükəsizlik qaydalarına riayət etməyə məcbur oldular. Tədbirin vaxtının dəyişdirilməsi barədə qərar, ABŞ Milli Hava Xidmətinin cümə axşamı səhər saat 10:00-dan cümə günü gecə saat 01:00-a qədər qüvvədə olacaq güclü külək xəbərdarlığı elan etməsindən sonra qəbul edilib.

Qeyd edək ki, adətən bu parad hər il noyabrın dördüncü cümə axşamı (Şükran Günü) təşkil olunur və bu il 26 noyabra təsadüf edirdi.

Mənbə: Qafqazinfo · 26.11.2026, 19:49 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu