Məşhur bank pul köçürmələri üzrə komissiyanı 2 dəfə artırır

· 1 mənbə

Leobank müştəriləri üçün pul köçürmələri ilə bağlı yeni tariflər tətbiq edəcək.

Milli.Az-ın məlumatına görə, dəyişikliyə əsasən, müəyyən edilmiş limitdən artıq həyata keçirilən hər 50 manatlıq köçürmə üçün komissiya 50 qəpikdən 1 manata qaldırılacaq.

Yeni komissiya tariflərinin yanvarın 1-dən və 15-dən etibarən qüvvəyə minəcəyi bildirilir.

Beləliklə, bankın müştəriləri limitdən artıq pul köçürmələri zamanı əvvəlki ilə müqayisədə iki dəfə çox komissiya ödəməli olacaqlar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Mənbə: Milli.az · 29.11.2026, 12:25 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu