Yağış və qar gəlir - XƏBƏRDARLIQ

· 1 mənbə

Bakıda və Abşeron yarımadasının bəzi yerlərinə noyabrın 30-da arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Mənbə: Xəzər Xəbər · 29.11.2026, 12:39 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər Yağış və qar gəlir - XƏBƏRDARLIQ

Xəzər Xəbər saytında oxu