Siyəzəndə su kanalından çıxarılan yeniyetmənin vəziyyəti açıqlandı
· 2 mənbə
Siyəzəndə su kanalından sağ çıxarılan uşağın vəziyyəti açıqlanıb.
TƏBİB-dən Modern.az-a bildirilib ki, 12 yaşlı oğlan noyabrın 28-də saat 16:40-da Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, suda boğulma diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən azyaşlı ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında tibb müəssisəsindən buraxılıb.
Xatırladaq ki, dünən Siyəzən şəhəri yaxınlığında iki azyaşlı Taxtakörpü-Ceyranbatan su kanalına düşüb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin gördükləri tədbirlər nəticəsində kanalda batan uşaqlardan biri, 13 yaşlı Hüseyn Allahverdiyevin meyiti 10 km aralıda tapılaraq, sudan çıxarılıb. Kanala düşən 12 yaşlı digər uşaq isə xilas edilib.
Mənbə: Modern.az · 29.11.2026, 12:45 · orijinal məqalə