Məskunlaşdıqları evdən çıxmaqdan imtina etdilər - VİDEO

· 1 mənbə

34 il əvvəl girdikləri mənzildən çıxmayan məcburi köçkün ailəsi ilə mənzilin həqiqi sahibləri arasında gərginlik yaşanıb. Görüntülər Sumqayıtdandır.

Xezerxeber.az xəbər verir ki, məlumata görə, Cəbrayıl rayonundan olan məcburi köçkün Nərminə Cəfərova 34 il öncə ailəsi ilə birlikdə vətəndaş Taleh Mirişova məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, 12-ci binanın 6-cı mənzilində məskunlaşıb. Evin sahibi Taleh Mirişov dəfələrlə ailəyə mənzili könüllü boşaltmaq üçün müraciət edib, hətta onlara başqa ünvanda yaşamaq təklifi də irəli sürülüb. Lakin, ailə bu təklifi rədd edərək evdən çıxmayacağını bildirib.

Mənbə: Xəzər Xəbər · 27.11.2026, 21:15 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu