Milli Onkologiya Mərkəzi tomoqrafiya və rentgen avadanlıqları təmirinə 3,22 mln manat ayrılıb
· 1 mənbə
Milli Onkologiya Mərkəzinin tibbi və digər avadanlıqların cari təmiri və texniki xidməti üzrə dövlət satınalması həyata keçirmişdir.
Banker.az xəbər verir ki, satınalma elanında işlərin ehtimal olunan dəyəri 3 milyon 216 min 26 manat göstərilib.
Satınalma təmir və texniki xidmətlə yanaşı, ehtiyat hissələrini, detalları və sərf materiallarını da əhatə edir. Siyahıda kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiyası avadanlıqları, rentgen aparatları, kardiomonitorlar və əməliyyat lampaları üzrə işlər yer alır.
Tenderin qalibi “Avromed” MMC olmuşdur.
Xatırladaq ki, “Avromed” MMC 2025-ci ildə ölkə ərazisində ən çox vergi verən 100 şirkət arasında yer almışdır.
Müsabiqə sentyabrın 30-da elan edilib, təkliflərin qəbulu oktyabrın 30-da başa çatıb.
Mənbə: Banker.az · 25.11.2026, 09:34 · orijinal məqalə