Monteneqro türklərə viza tətbiq etdi, Türkiyə də cavab addımı atdı

· 1 mənbə

Bakı.Trend:

Türkiyədə Monteneqronun ümumvətəndaş pasportlarına sahib vətəndaşları üçün vizasız gediş-gəliş rejimi dayandırılıb.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu barədə imzaladığı fərman “Rəsmi Qəzet”də dərc olunub.

Fərman Türkiyə ilə Monteneqro arasında 2008-ci ildə imzalanmış qarşılıqlı viza azadolması haqqında sazişin Monteneqro vətəndaşlarına aid müddəalarının tətbiqini dayandırır.

Bu addım Monteneqronun noyabrın 1-dən Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etməsindən sonra atılıb.

Qeyd edək ki, müvafiq saziş 2008-ci il yanvarın 18-də imzalanıb və həmin il martın 3-də Türkiyə Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Mənbə: Trend · 27.11.2026, 13:10 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu