Trampın kürəkəni Putini tərifləməkdən doymur: Siyasətin böyük ustasıdır
· 1 mənbə
ABŞ Prezidentinin xüsusi elçisi və kürəkəni Cared Kuşner Rusiya lideri Vladimir Putinlə görüşləri ilə bağlı şərh verib.
Publika.az xəbər verir ki, Kuşner bu barədə “Axel Springer”in baş direktoru Matthias Döpfnerin aparıcılığı ilə “YouTube”da yayımlanan podkastda bildirib.
Kuşner Rusiya liderinin danışıqlara hazırlığını, eləcə də baş verənləri dərindən anladığını qeyd edib.
“Putin həmişə çox yaxşı hazırlıqlı və düşüncəlidir. Danışdığımız zaman çoxlu qeydlər aparır və eşitdiklərini dəqiq çatdırır. Aydındır ki, məsələləri çox dərindən başa düşür və onlarla bağlı güclü fikirlərə malikdir”, - deyə o qeyd edib.
Kuşner əlavə edib ki, ABŞ nümayəndələri Putinlə görüşlərə son dərəcə diqqətlə hazırlaşır və Rusiya prezidentinin köməkçiləri Yuri Uşakov və Vladimir Medinski, eləcə də Rusiya liderinin xüsusi nümayəndəsi Kiril Dmitriyevlə əlaqə saxlayırlar.
Eyni müsahibədə Kuşner Putini tarixi şəxsiyyət adlandırıb. "Onun etdiklərini təsdiqləyə bilib-bilməyəcəyinizdən asılı olmayaraq, o, mütləq siyasətin böyük ustasıdır", - deyə o vurğulayıb.
Müəllif: Tural
Mənbə: Publika.az · 26.11.2026, 09:36 · orijinal məqalə