Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya ratifikasiya edilib
· 2 mənbə
Azərbaycan "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya qoşulur.
"Report" xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanmış "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya bəyanatları və qeyd-şərtləri ilə qoşulur.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Mənbə: Report · 24.11.2026, 11:58 · orijinal məqalə