Myanmada avtobus dərəyə aşıb, ölən və yaralananlar var
· 1 mənbə
Bakı. Trend:
Myanmada avtobusun dərəyə aşması nəticəsində 22 nəfər həlak olub, avtobusda olan daha 14 nəfər isə xəsarət alıb.
Bu barədə "Sinxua" agentliyi yerli yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Məlumata əsasən, qəza bazar günü yerli vaxtla saat 19:50-də ölkənin mərkəzi hissəsində baş verib.
Hadisə yerinə təcili yardım və digər xilasetmə xidmətləri cəlb olunub. Bütün xəsarət alanlar xəstəxanalara çatdırılıb.
Mənbə: Trend · 29.11.2026, 23:38 · orijinal məqalə