Paşinyan: "Ermənistanda Rusiya hərbi bazasına ehtiyac görmürük"

· 2 mənbə

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya hərbi bazasına ehtiyac duymadığını bəyan edib.

Publika.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.

“Rusiya hərbi bazası məsələsini mən heç vaxt gündəmə gətirməmişəm. Bu məsələni Rusiya tərəfi qaldırıb. Əgər onlar bu mövzunu gündəmə gətirirlərsə, mən açıq şəkildə bildirirəm ki, Ermənistan Rusiya hərbi bazasına ehtiyac duymur”, – deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, Paşinyanın açıqlaması Ermənistanın təhlükəsizlik siyasəti və Rusiya ilə hərbi əməkdaşlığı fonunda diqqət çəkib.

Hüseyn İbadlı

Mənbə: Publika.az · 29.11.2026, 23:24 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu