Suraxanı və Sabunçunun bir sıra ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

· 5 mənbə

Bakı. Trend:

Noyabrın 30-da Suraxanı və Sabunçu rayonlarının bir sıra küçələrində təmir işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata əsasən, təmir işləri ilə əlaqədar olaraq qeyd olunan küçələrin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Suraxanı rayonu, Əmircan qəsəbəsi üzrə:

1-ci Əmircan küçəsinin Mövsüm Bəydəmirov küçəsi ilə kəsişməsindən Nəsirəddin Tusi küçəsi ilə kəsişməsinədək olan hissəsində;

Cəfər Cabbarlı küçəsinin 1-ci Əmircan küçəsi ilə kəsişməsindən Həmid Axundlu küçəsi ilə kəsişməsinədək olan hissəsində.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi üzrə:

Məhsəti Gəncəvi küçəsinin Xəlil bəy Xasməmmədov küçəsi ilə kəsişməsindən Əli Kərim küçəsi ilə kəsişməsinədək olan hissəsində;

Xəlil bəy Xasməmmədov küçəsinin Qaçaq Nəbi küçəsi ilə kəsişməsindən Səməd bəy Mehmandarov küçəsi ilə kəsişməsinədək olan hissəsində.

“Sürücülərdən müvəqqəti məhdudiyyətləri nəzərə almaları, hərəkət marşrutlarını əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, - deyə AAYDA-nın məlumatında bildirilib.

Mənbə: Trend · 29.11.2026, 23:56 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu