Nazir: Azərbaycan və Litvanın iş adamları və şirkətləri arasında dialoqun qurulması vacibdir
· 1 mənbə
"Azərbaycan və Litva arasında hazırkı ticarət dövriyyəsi qənaətbəxş deyil".
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.
“Hazırkı ticarət dövriyyəsi qənaətbəxş deyil, potensialımız bundan daha böyükdür. Bu sahədə hansı addımların atılmasının vacib olduğu barədə faydalı müzakirələr apardıq. Səfərin mühüm məqamlarından biri də ondan ibarətdir ki, cənab nazirlə birlikdə iş adamları və şirkət rəhbərləri də gəlib. Sabah isə onlar biznes forumda iştirak edəcəklər. İki ölkənin iş adamları və şirkətləri arasında dialoqun qurulması, qarşılıqlı investisiya imkanlarının müzakirə edilməsi olduqca vacibdir. İstərdik ki, iki ölkənin iş adamlarını dinləyək, əlaqələrin gücləndirilməsi üçün zəruri dəstək mexanizmlərini müzakirə edək və iki ölkə arasında növbəti sənədlər paketində bu məsələləri nəzərə alaq”.
Mənbə: APA · 25.11.2026, 13:12 · orijinal məqalə