Ceyhun Bayramov: Ermənistanla normallaşma prosesində müsbət inkişaflar müşahidə edilir
· 1 mənbə
“Litvalı həmkarıma Cənubi Qafqaz regionunda mövcud vəziyyət, Ermənistan-Azərbaycan münasibətləri, bu kontekstdə inkişaf trayektoriyası, tarixi Vaşinqton sammitindən sonrakı dövr ərzində baş vermiş inkişaflar barədə ətraflı məlumat verdim”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, sülh prosesinin möhkəmləndirilməsinə xidmət edən prosesləri müzakirə ediblər: “Burada bir sıra müsbət mənada inkişaflar müşahidə edilir. Ötən ildən başlayaraq Ermənistana ölkəmiz üzərindən tranzit yüklərin daşınmasına başlanması faktı, eyni zamanda, Ermənistanda yeni konstitusiya layihəsinin dərc edilməsi, TRIPP layihəsi üzrə real olaraq fəaliyyətə başlanması və bir sıra digər məsələlər ətrafında bu günləri bizim fikir mübadiləsi aparmaq imkanımız oldu”, - nazir qeyd edib.
Mənbə: APA · 25.11.2026, 13:20 · orijinal məqalə