Nazir: "Çinlə tərəfdaşlıq "təmiz enerji" üzrə birgə layihələrin inkişafına təkan verir"

· 1 mənbə

Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlığı "Kəmər və Yol" üzrə əməkdaşlığı genişləndirir və "təmiz enerji" sahəsində birgə layihələrin inkişafına təkan verir.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib.

"Çindaoda Kəmər və Yol üzrə energetika nazirlərinin IV konfransında Azərbaycanın bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olduğunu və onun həyata keçirilməsi üçün ölkə daxilində və xaricdə yatırdığı sərmayənin həcminə görə Çindən sonra ikinci yeri tutduğunu diqqətə çatdırdıq", - nazir qeyd edib.

P.Şahbazov Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz, Türkiyə və Avropanı əhatə edən enerji bağlantılarının Azərbaycanın "Kəmər və Yol" qurşağında rolunu gücləndirən yeni töhfələr kimi qeyd edib.

Mənbə: Report · 26.11.2026, 10:00 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu