Rusiya və Ukrayna xüsusi xidmət orqanları əsir mübadiləsi üçün siyahılar üzərində işləyirlər

· 1 mənbə

Rusiya və Ukrayna xüsusi xidmət orqanları əsir mübadiləsi üçün siyahılar üzərində işləyirlər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Kreml rəsmisi bu işin tezliklə başa çata biləcəyini də söyləyib. Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların yekununda Moskva və Kiyev genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəlib.

Mənbə: APA · 26.11.2026, 13:55 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu