İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ
· 1 mənbə
İlbiz yumurtalarından hazırlanan "ağ kürü" dünya bazarında yüksək qiymətə alıcı tapır.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Googlis" kimi tanınan quru ilbizlərinin yumurtalarından əldə edilən bu məhsul həm lüks restoranlarda, həm də kosmetika sənayesində istifadə olunur.
İstehsalı xeyli zəhmət tələb edən ağ kürünün hazırlanması zamanı ilbizlərin yumurtaları diqqətlə toplanır, təmizlənir və çeşidlənir. Yumurtaların kiçik və həssas olması prosesdə xüsusi diqqət tələb edir.
Məhsulun məhdud miqdarda əldə edilməsi və istehsalının çətinliyi onun qiymətini artırır. Hazırda ağ kürünün bir kiloqramı dünya bazarında təxminən 3 min avroya satılır.
Bundan başqa, ilbiz yumurtalarından əldə edilən ekstraktlar dəriyə qulluq məhsullarının hazırlanmasında da istifadə olunur.
Qalereya
Mənbə: Baku.ws · 26.11.2026, 13:55 · orijinal məqalə