“Neftçi” “Zirə”yə, “İmişli” “Şəfa”ya qarşı
· 1 mənbə
Bu gün Misli Premyer Liqasında 13-cü tura start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk gündə iki oyun baş tutacaq.
Əvvəlcə “İmişli” “Şəfa”nı sınağa çəkəcək. Yevlax şəhər stadionunda keçiriləcək matçın baş hakimi Fərid Hacıyev olacaq.
Turun mərkəzi oyununda isə “Neftçi” “Zirə” ilə qarşılaşacaq. Paytaxt derbisini Tural Qurbanov idarə edəcək.
“Turan Tovuz” – “Kəpəz” və “Sabah” – “Araz-Naxçıvan” oyunları sabah, “Şamaxı” – “Qəbələ” və “Qarabağ” – “Sumqayıt” görüşləri noyabrın 29-da keçiriləcək.
Misli Premyer Liqası 13-cü tur 27 noyabr
“İmişli” – “Şəfa” Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov VAR: Nicat İsmayıllı AVAR: Zöhrab Abbasov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Nəriman Axundov Yevlax şəhər stadionu, 14:30.
“Neftçi” – “Zirə” Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov VAR: Kamal Umudlu AVAR: Şirmamed Mamedov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov “Palms Sports Arena”, 19:00.
Mənbə: Qafqazinfo · 27.11.2026, 11:06 · orijinal məqalə