Neymar öz ətirini hazırlayacaq -
· 1 mənbə
Braziliyalı futbolçu Neymar parfümeriya sektoruna daxil olur. O, Birləşmiş Ərəb Əmirliklərinin məşhur "Armaf" brendi ilə əməkdaşlığa başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə brendin rəsmi "Instagram" səhifəsində məlumat verilib.
Tərəfdaşlıq çərçivəsində Neymarın iştirakı ilə yeni ətir hazırlanacaq. Məhsulun 2027-ci ildə satışa çıxarılması planlaşdırılır.
Futbolçu yalnız reklam siması kimi çıxış etməyəcək, həm də ətirin yaradılması prosesində iştirak edəcək. Hələlik məhsulun adı, qoxu tərkibi və satış qiyməti açıqlanmayıb. Əməkdaşlığın maliyyə şərtləri də gizli saxlanılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Mənbə: Milli.az · 28.11.2026, 12:04 · orijinal məqalə
Bu barədə kim yazır
Milli.az
Neymar öz ətirini hazırlayacaq -