Niyazi Bayramov vətəndaş qəbulu keçirdi

· 1 mənbə

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Səyyar qəbul zamanı sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Niyazi Bayramov qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün qeydiyyata götürülüb.

Mənbə: Qafqazinfo · 25.11.2026, 18:13 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Niyazi Bayramov vətəndaş qəbulu keçirdi

Qafqazinfo saytında oxu