Həkimdən valideynlərə xəbərdarlıq: Uşaqlara öskürək siroplarını özbaşına verməyin
· 1 mənbə
Uşaqlara həkim məsləhəti olmadan öskürək siroplarının verilməsi ciddi fəsadlara, o cümlədən tənəffüs yollarında bəlğəmin toplanmasına səbəb ola bilər.
Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, bu barədə pediatr Aleksandra Rojkova məlumat verib.
Həkimin sözlərinə görə, öskürək orqanizmin tənəffüs yollarını təmizləməsinə kömək etdiyi üçün səbəsiz yerə bunun qarşısını almaq olmaz. Xüsusilə öskürək refleksini dayandıran preparatlarla bəlğəmi duruldan dərmanların eyni vaxtda istifadəsi təhlükəlidir.
Həkim valideynlərə kombinə edilmiş və bitki tərkibli siropları da mütəxəssis məsləhəti olmadan verməməyi tövsiyə edib. Bu preparatlar allergik reaksiyalara, bronxospazma və həzm pozğunluqlarına səbəb ola bilər. Bundan əlavə, onların tərkibindəki şəkər, aromatizatorlar və etil spirti də nəzərə alınmalıdır.
Müəllif: Roza
Mənbə: Publika.az · 25.11.2026, 18:00 · orijinal məqalə