Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
· 2 mənbə
divarlarına qraffiti çəkməkdə təqsirləndirilən Belarus vətəndaşı Ardeshir Seyfpour Saad Abadinin və daha iki nəfərin cinayət işi üzrə məhkəmə başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib. Onlara hüquq və vəzifələri izah edilib.
Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası 9 dekabra təyin edilib.
Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Mənbə: Xəzər Xəbər · 27.11.2026, 15:55 · orijinal məqalə