Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib
· 1 mənbə
General-mayor Karen Qriqoryan Ermənistan ordusunun baş qərargah rəisinin müavini vəzifəsindən azad edilib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq fərmanı Baş nazir Nikol Paşinyanın təklifi ilə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
İstefanın səbəbi qeyd olunmur.
Karen Qriqoryan 2024-cü ilin fevralında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini təyin edilmişdi.
Mənbə: Report · 26.11.2026, 17:22 · orijinal məqalə