O, niyə hələ də “Qızıl top”u qazanmayıb? – Qullit izahat tələb edir

· 1 mənbə

Niderland millisinin sabiq futbolçusu Rud Qullit “Real Madrid”in hücumçusu Kilian Mbappenin hələ də “Qızıl top”u qazanmamasına təəccübləndiyini bildirib.

Publika.az xəbər verir ki, “The Touchline” nəşri Qullitin sözlərini sitat gətirib:

“Kilian Mbappenin gələn ay 28 yaşı tamam olmasına və hələ də “Qızıl top” qazanmamasına necə inanmaq olar ? Bu, necə mümkündür?! Mənə izahat lazımdır, çünki bu oğlan hər il bütün böyük turnirlərdə ən çox qol vuran oyunçudur”.

Qullit 1987-ci ildə “Milan” da oynayarkən “Qızıl top” mükafatını qazanıb. 2026-cı ildə mükafatı “Bavariya” nın hücumçusu Harri Keyn qazanıb.

Mənbə: Publika.az · 26.11.2026, 18:48 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu