“Sabah” Bakıda vəfat edən azarkeşlə bağlı başsağlığı verdi

· 1 mənbə

“Sabah” Bakıda keçirilən “Barselona” ilə oyunu izləmək üçün Azərbaycana səfər edən rusiyalı azarkeş Anton Petrişşevin vəfatı ilə əlaqədar münasibət bildirib.

Publika.az xəbər verir ki, Bakı təmsilçisi rəsmi açıqlamasında mərhumun ailəsinə və doğmalarına başsağlığı verib, onlara səbir diləyib.

Məlumata görə, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn 1987-ci il təvəllüdlü Anton Petrişşev Bakı Olimpiya Stadionunda keçirilən matçın ikinci hissəsində qəfil halı pisləşərək dünyasını dəyişib. İlkin ehtimala əsasən, ölümün səbəbi ürəktutması olub.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olub.

Mənbə: Publika.az · 26.11.2026, 17:50 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu