Tanınmış futbolçu avtomobil qəzası keçirib
· 1 mənbə
İspaniyanın “Deportivo” komandasının futbolçusu Pyer-Emerik Obameyanq məşqə gedərkən avtomobil qəzası keçirib. Xezerxeber.az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb. Hadisə bu gün səhər saatlarında La-Korunya yaxınlığında baş verib. 37 yaşlı futbolçunun idarə etdiyi avtomobil başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Obameyanq hadisədən sonra öz avtomobili ilə məşq bazasına gedərək komanda ilə birlikdə məşqdə iştirak edib. Qabonlu futbolçu daha sonra mətbuat konfransında qəza ilə bağlı danışıb.
Mənbə: Xəzər Xəbər · 26.11.2026, 17:44 · orijinal məqalə
Bu barədə kim yazır
Xəzər Xəbər
Tanınmış futbolçu avtomobil qəzası keçirib