Ölkədə hava şəraiti əsasən yağmursuz keçib
· 1 mənbə
Noyabrın 29-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Quba, Qusar, Naxçıvanda 1 mm-dək olub.
Şəmkir, Lerik, Yevlax duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan MR-da 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə 1°-dək isti qeydə alınıb.
Mənbə: Publika.az · 29.11.2026, 11:56 · orijinal məqalə
Bu barədə kim yazır
Publika.az
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib