Pakistan Səudiyyə Ərəbistanına qoşun yeritdi

· 2 mənbə

Pakistan ordusu regionda yaranan təhlükəsizlik narahatlıqları fonunda Səudiyyə Ərəbistanının müdafiə imkanlarını gücləndirmək məqsədilə krallığa hərbi qüvvələr göndərdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, ordunun mətbuat xidmətinin "Facebook" səhifəsində yayılan məlumata görə, şənbə günü hərbçilərin yola salınma mərasimi keçirilib.

Bildirilib ki, Pakistan hərbçiləri əldə olunmuş razılaşmalar və mövcud müdafiə əməkdaşlığı çərçivəsində Səudiyyə Ərəbistanı ərazisində onlara həvalə edilmiş vəzifələri yerinə yetirəcəklər.

Pakistan tərəfi bu addımın Səudiyyə Ərəbistanının suverenliyinin və ərazi bütövlüyünün, həmçinin Məkkə və Mədinədə yerləşən İslamın iki müqəddəs məkanının təhlükəsizliyinin qorunmasına sadiqliyin göstəricisi olduğunu vurğulayıb.

Mənbə: Modern.az · 29.11.2026, 12:10 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu