“Ölkəni ilbizə çevirmisiniz”
· 1 mənbə
“Almaniyanı ilbizə çevirən sizsiniz”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Almaniya üçün Alternativ” (AfD) Partiyasının parlament fraksiyasının sədr müavini Markus Fronmayer ölkənin xarici işlər naziri Yohann Vadefula müraciətində deyib.
“Cənab xarici işlər naziri, deməli, sizin üçün Almaniya ilbizdir. Bunu indicə öyrəndim. Bəli, doğrudur. Ölkəni ilbizə çevirən məhz sizsiniz”, – deputat bildirib.
Fronmayer istehza ilə Vadefulu Almaniya hökumətinin “ilbiz siyasəti üzrə nümayəndəsi” də adlandırıb. Deputat bununla nazirin daha əvvəl səsləndirdiyi fikirlərə münasibət bildirib. Belə ki, Vadeful getdikcə daha çox almanın ilbiz kimi buynuzlarını içəri çəkərək öz qabığına qapanmağa meyl göstərdiyini söyləmişdi.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri bundan əvvəl Ukraynaya dəstəyin ümumavropa vəzifəsi olduğunu və bu yükün yalnız bir neçə Avropa İttifaqı ölkəsinin üzərinə düşməməli olduğunu bildirmişdi.
Mənbə: Qafqazinfo · 26.11.2026, 00:04 · orijinal məqalə