Pakistan və Türkiyə Ər-Riyada dəstəyi gücləndirmək niyyətindədirlər

· 1 mənbə

Bakı. Trend:

Pakistan və Türkiyə Yəməndə fəaliyyət göstərən husilərinin hücumları fonunda Səudiyyə Ərəbistanının təhlükəsizliyinin təmin olunmasında bu ölkəyə dəstəyi artırmaq niyyətindədir.

Bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Məkkə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci iclasının yekunlarına dair brifinqdə bildirib.

“Tərəflər Səudiyyə Ərəbistanı Krallığında mülki şəxslərə və mülki infrastruktura qarşı husilərin davam edən qəddar hücumlarını bir daha qətiyyətlə pisləyib, həmçinin Məkkə Birgə Müdafiə Sazişində təsbit olunmuş kollektiv müdafiə müddəalarına uyğun olaraq, krallığın təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsində ona dəstək göstərilməsi istiqamətində səyləri davam etdirmək və gücləndirmək barədə ümumi qətiyyətlərini təsdiqləyiblər”, - deyə o qeyd edib.

Pakt iştirakçısı olan ölkələrin nümayəndələrinin görüşü cümə günü İslamabadda keçirilib.

Pakistan tərəfdən görüşdə İshaq Dar, müdafiə naziri Xavaca Asif və müdafiə qüvvələrinin komandanı Asim Munir iştirak ediblər.

Səudiyyə Ərəbistanını müdafiə naziri Xalid bin Salman Al Səud və xarici işlər naziri Feysəl bin Fərhan Al Səud, Türkiyəni isə xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər təmsil ediblər.

Mənbə: Trend · 27.11.2026, 22:46 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu