Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb

· 1 mənbə

Quba rayonunda suvarma kanalına düşərək itdiyi ehtimal olunan gəncin axtarışları hələlik nəticə verməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, axtarış tədbirləri zamanı suyu dayandırılan kanala yenidən suyun verilməsinə başlanılıb.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradovun axtarışlarının asanlaşdırılması məqsədilə suvarma kanalına suyun verilməsi müvəqqəti dayandırılmışdı.

Lakin aparılan axtarışlar heç bir nəticə vermədiyindən kanala yenidən su buraxılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: Milli.az · 27.11.2026, 22:34 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu