Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib
· 1 mənbə
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının Sənadakı istehsalat obyektlərinə zərbələr endirib.
"Report" xəbər verir ki, zərbələrin görüntülərini koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki "X" sosial şəbəkəsində paylaşıb.
Məlumata görə, əməliyyat noyabrın 26-da keçirilib.
Kadrlarda sənaye kompleksi ərazisindəki bir neçə obyektin vurulması, eləcə də sonrakı partlayışlar və qara tüstü görünür.
Dəymiş ziyanın miqyası və zərərsizləşdirilən üsyançılar barədə məlumat yoxdur.
Mənbə: Report · 27.11.2026, 22:43 · orijinal məqalə