Polşadan Rusiyaya sərt xəbərdarlıq: "Təxribat olsa, ordumuzu göndərəcəyik!"
· 1 mənbə
Polşa Kreml Baltikyanı ölkələrdə təxribat törədəcəyi təqdirdə öz ordusunu Rusiyaya qarşı hərəkətə gətirəcək.
Publika.az xəbər verir ki, bu barədə Polşanın məşhur "Onet" portalı məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.
"Polşa hökumətinin nümayəndələrindən biri bizi əmin etdi ki, əgər Rusiya təxribatı baş versə, rəsmi Varşava hücuma məruz qalan Baltikyanı dövlətə kömək etmək üçün dərhal silahlı qüvvələrini bölgəyə göndərəcək", – deyə məqalədə qeyd olunub.
Bununla belə, portalın digər mənbəsi məsələyə daha təmkinli yanaşıb. O, Polşanın ölkə hüdudlarından kənarda bu cür hərbi əməliyyatlar keçirmək üçün tələb olunan resurslara malik olmadığına diqqət çəkib.
Qeyd edək ki, son zamanlar Baltikyanı ölkələrlə bağlı təhdidlər artıb. Noyabrın 27-də gecə saatlarında Estoniya və Latviyanın bəzi bölgələrində hava həyəcanı elan edildi. Bu barədə "Mash" "Telegram" kanalı məlumat yaydı.
Bildirilib ki, xüsusi rejim Ukrayna Pilotsuz Uçuş Aparatlarının (PUA) Leninqrad vilayəti və Sankt-Peterburqa hücumu zamanı tətbiq olunub. Bundan əlavə, Baltikyanı ölkələrin səmasında NATO-ya məxsus kəşfiyyat təyyarəsi də müşahidə edilib.
Rusiya kanalları Baltikyanı dövlətlərin öz hava məkanlarını Ukraynaya verdiklərini, buradan Rusiyaya hücumlar üçün istifadə olunduğunu iddia edirlər. Rəsmilər isə bütün bunları cəfəngiyyat adlandırırlar.
Məsələn, noyabrın 25-də Estoniyanın Baş naziri Kristen Mixal rəsmi Tallinin Ukraynaya və ya digər dövlətlərə Rusiyaya zərbələr endirmək üçün öz ərazisindən, səmasından və akvatoriyasından istifadə etməyə icazə vermək niyyətində olmadığını bəyan etmişdib. Baş nazirin sözlərinə görə, Estoniya bu mövqeyini artıq Kiyevin və digər xarici tərəfdaşların diqqətinə çatdırıb.
Müəllif: Tural
Mənbə: Publika.az · 29.11.2026, 09:37 · orijinal məqalə