“Rusiya ilə əlaqələrdə körpüləri yandırmaq istəmirik”

· 1 mənbə

“Ermənistan Rusiya ilə əlaqələri kəsmək və ya münasibətlərdə böhran yaratmaq niyyətində deyil”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan danışıb.

“Daha əvvəl də bəyan edildiyi kimi, bizim gündəliyimizdə son vaxtlar Ermənistan və Rusiya arasındakı münasibətlərdə yaranmış problemlərə yenidən baxmaq var. Bu problemlərin yenidən nəzərdən keçirilməsi münasibətlərin sağlamlaşdırılmasına və gələcək inkişafına yönəlib. Dəfələrlə qeyd edildiyi kimi, Rusiya ilə münasibətləri kəsmək, münasibətlərdə böhran yaratmaq və ya körpüləri yandırmaq niyyətimiz yoxdur”, - deyə o vurğulayıb.

Mənbə: Qafqazinfo · 25.11.2026, 10:12 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu