Qubada “BMW” parkın hasarına çırpıldı
· 1 mənbə
Gecə saatlarında Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, “BMW” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq parkın ərazisindəki hasara çırpılıb.
Qəza zamanı avtomobilə ciddi ziyan dəysə də, sürücü və ailə üzvləri xəsarət almayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo · 25.11.2026, 10:01 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
Qubada “BMW” parkın hasarına çırpıldı