Sabah bir rayonda işıq olmayacaq

· 2 mənbə

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Modern.az-a verilən məlumata görə, sabah 110/35 kV-luq Xalxal yarımstansiyasından çıxan 35 kV-luq Şahbuz hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.

Mənbə: Modern.az · 27.11.2026, 23:30 · orijinal məqalə

Bu barədə kim yazır

Oxu.az Sabah bir rayonda işıq olmayacaq
Modern.az Sabah bu rayonda işıq olmayacaq

Oxu.az saytında oxu