"Sabah" UEFA bayrağı altında keçirdiyi 14 ev oyununda heç-heçə etməyib

· 1 mənbə

"Sabah"ın avrokuboklarda doğma meydanda baş tutan 14 matçında heç-heçə qeydə alınmayıb.

"Report" xəbər verir ki, Bakı təmsilçisi bu qarşılaşmalarda 8 qələbə qazanıb, 6 dəfə isə məğlub olub.

Bundan əlavə, komandanın UEFA bayrağı altında keçirdiyi ümumilikdə 27 görüşün heç biri qolsuz başa çatmayıb.

Qeyd edək ki, ötən gün Bakı Olimpiya Stadionunda baş tutan "Sabah" - "Barselona" matçı Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: Report · 26.11.2026, 10:11 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu