"Sədərək"də qeyri-adi qəza: Yolun ortasında dayanan kişini motosiklet vurdu - Anbaan video
· 2 mənbə
Abşeron rayonunda, "Sədərək" Ticarət Mərkəzinin ərazisində qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yolun kənarı ilə hərəkət edən kişi bir müddət sonra qəfil yolun ortasına keçir və bir müddət burada dayanır. Bu zaman hərəkətdə olan "Muravey" markalı motosiklet onu vurur.
Zərbə nəticəsində kişi müxtəlif bədən xəsarətləri alıb.
Hadisə anı anbaan müşahidə kamerasına düşüb. Həmin görüntüləri təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə: Milli.az · 27.11.2026, 22:00 · orijinal məqalə