SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub

· 1 mənbə

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üç neft tankerində dəniz minalarına çırpılma nəticəsində şiddətli partlayış baş verdiyini açıqlayıb.

"Report" xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bu barədə bəyanatını "Tasnim" agentliyi yayıb.

"Ötən saatlar ərzində Hörmüz boğazının sularında qaydanı pozan üç neft tankeri dəniz minalarına çırpılması nəticəsində çox şiddətli partlayışa və yanğına məruz qalıb", - agentlik bəyanatdan sitat gətirib.

Qeyd olunub ki, ABŞ ordusunun hava müşayiəti bu hadisələrin baş verməsinin qarşısını ala bilməyib. Bəyanatda hadisələrlə bağlı görüntülərin növbəti saatlar ərzində yayımlanacağı vurğulanıb.

SEPAH Hörmüz boğazında müəyyən edilmiş qaydalara əməl olunmayacağı təqdirdə, sərt tədbirlər görüləcəyi barədə xəbərdarlığını yeniləyib.

Mənbə: Report · 24.11.2026, 01:18 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu